"Qarabağ"da Portuqaliyadakından 6 dəfə çox qazanır

"Marsel"lə ilk matç bizim üçün vacib oyun oldu. “Marsel”ə hörmət etsək belə, futbolda mümkünsüz heç nə yoxdur. Cavab oyununu evdə azarkeşlərimizin önündə keçirəcəyik. Biz onları sevindirmək istəyirik. Biz özümüzə güvənirik".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə cavab oyunu öncəsi Braziliya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda bu qədər vaxt keçirəcəyini heç təsəvvür etməyib: "Mən burada çox xoşbəxtəm. "Qarabağ"la Çempionlar Liqasını kəşf etdim. “Qarabağ”a qayıtdım, çünki bu klub mənim ailəm, məşqçi də atam kimidir. Bizə çox kömək edir. Bu klub mənə hörmət edir. Deyə bilərəm ki, 10 ildir xoşbəxt yaşamışam".

Almeyda deyib ki, Azərbaycana gəlməzdən əvvəl valideynlərinə "Qarabağ" haqqında danışanda onlar Azərbaycanın harada yerləşdiyini bilməyiblər: "Onlarla birgə internetdə axtarış apardıq. Valideynlərim əvvəlcə razılaşmadılar. Çünki həmin vaxt bu ölkənin Ermənistanla silahlı münaqişələrinin olduğunu gördük. Amma mənim üçün maliyyə baxımından maraqlı təklif idi. Ona görə də dedim ki, cəhd etməliyik və sonra hər şeyi görəcəyik".

Müsahibəni aparan jurnalist qeyd edir ki, Almeyda "Qarabağ"da Portuqaliyadakı maaşımdan 6 dəfə çox qazanır.

Millimizin üzvü Azərbaycanda dil baxımından çətinlik çəkmədiyini vurğulayıb: "Futbolun dili meydandakı oyundur. Milli komandadan təklif alanda atama dedim ki, Braziliya yığmasına düşmək şansım, demək olar ki, yoxdur. Və biz hamımız bu seçimi təsdiqlədik. Azərbaycan dilini yaxşı başa düşürəm, amma danışmaqda çətinlik çəkirəm".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right