"Qarabağ"ın rəqibi müdafiəçi ilə gücləndi

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" heyətinə daha bir futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Fransa klubu "Spartak"dan Samuel Jiqonu transfer edib.

29 yaşlı müdafiəçi "Marsel"də mövsüm sonuna qədər icarə əsasında çıxış edəcək. Mövsüm sonunda isə fransızların Jiqo üçün Moskva klubuna nə qədər pul ödəyəcəyi dəqi deyil.

"Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right