"Bazel"in müdafiəçisi: "Qarabağ"la matçda layiqli qələbə qazandıq"

“Bazel”in müdafiəçisi Fabian Fray Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş oyunla bağlı danışıb.

Newsport.az xəbər verir ki, təcrübəli futbolçu İsveçrə klubu 3:0 hesablı qələbəni belə şərh edib:

“Layiqli qələbə qazandıq. Nəticədən razı qaldıq. Amma bunu böyük qələbə kimi bayram etməyə ehtiyac yoxdu. Çünki qarşıda bizi İsveçrə çempionatında oyun gözləyir. Özü də çox vacib matçdı. Buna görə də bu qələbəni həddən artıq qeyd etmədik”. (Telebasel)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right