UEFA Konfrans Liqasının rəsmi "Tvitter" səhifəsi turnirdə çıxış edən klubların 4 futbolçusunu fərqləndirilib.
Newsport.az xəbər verir ki, onların arasında "Qarabağ"ın hücumçusu İbrahima Vadji də yer alıb.
"Bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib" sualının ünvanlandığı postda seneqallı oyunçu ilə yanaşı, Yesper Karlsson ("AZ Alkmaar"), Brayan Linssen ("Feyenoord") və Marten Teryenin ("Renn") şəkli yerləşdirilib.
Qeyd edək ki, İ.Vadji Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Karlsson və Linssen də 2, Terye isə 3 qol vurub.
