"Kayrat" - "Qarabağ" oyununun hakimləri açıqlandı

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Kayrat" - "Qarabağ" oyununun hakimləri bəlli olub.

 

Newsport.az xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

 

FIFA referisi Dumitri Muntean matçda əsas söz sahibi olacaq. Ona, yan xətlərdə Andrei Bodean və Victor Mardari köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Veaçeslav Banari yerinə yetirəcək.

 

Qeyd edək ki, "Kayrat" - "Qarabağ" görüşü 4 noyabr tarixində, Bakı vaxtilə saat 19:30-da baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right