"Qarabağ"dan "Neftçi"yə "Squid Game" cavab Foto

Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ" "Neftçi"yə qalib gəlib - 4:0.

Qarşılaşmadan sonra Ağdam klubu sosial şəbəkə hesabları vasitəsilə "Neftçi"yə atmaca atıb. Daha doğrusu, "ağ-qaralar"ın "Squid Game" ("Kalmar oyunu") motivli promo videosuna cavab verilib.

"Qarabağ" sosial şəbəkə hesabında adıçəkilən serialdakı oyunlardan birinin fotosunu paylaşaraq "Oyunçu 1937 uduzdu" sözlərini qeyd edib. Bununla 1937-ci ildə yaranan "Neftçi"nin məğlubiyyəti ifadə edilib. Fotoya isə "Biz "Kalmar oyunu"nu deyil, "Kayrat"la oyunu düşünürük" sözləri yazılıb. Ağdam təmsilçisi "Neftçi"dən fərqli olaraq Konfrans Liqasının qrup mərhələsində iştirak etdiyini qabardıb.


 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right