“Omoniya”nın legioneri “Qarabağ”la oyunu buraxacaq

Kiprin “Omoniya” klubunun futbolçusu Miks Diskerud Konfrans Liqasının qrup mərhələsində “Kayrat” (Qazaxıstan) və “Qarabağ”a qarşı keçiriləcək oyunları buraxacaq.
 
Newsport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sözügedən qarşılaşmalarda iştirak etməyəcək.
 
“Omoniya” sentyabrın 16-da “Kayrat”ın qonağı olacaq. Nikosiya təmsilçisi sentyabrın 30-da isə “Qarabağ”ı qəbul edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right