"Qarabağ"la oyuna çox azarkeş gəlməyəcək" - "Bazel"in baş məşqçisi

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel"in baş məşqçisi Patrik Rahmen püşkü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis ev oyunlarına kifayət qədər azarkeşin gəlməyəcəyini deyib:

"Qrupda cazibəli və tanınmış klubların olmadığı üçün təəssüflənirəm. Şübhəsiz ki, ev oyunlarımızda izdiham olmayacaq. Səfərlərimiz də uzun keçəcək. Bu səbəbdən çempionat matçlarında çətinlik yarana bilər. Məqsədimiz avrokuboklarda irəliləmək olmalıdır".

"Qarabağ" H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya"ya (Kipr) qarşı mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right