"Nəticə bizim üçün də sürpriz oldu" - "Makkabi"nin baş məşqçisi

"Yaxşı komandaya qarşı oynayırdıq. Amma matça inamlı başladıq. Nəticə bizim üçün də sürpriz oldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Makkabi"nin (Hayfa) baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsinin evdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib: "Neftçi" kimi komandanı udmaq asan deyil. İlk matçda buraxdığımız qollardan sonra ikinci görüşə daha hazır gəldik. Oyunçularıma təşəkkür edirəm. Bu gecə tarix yazdıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right