"Neftçi" ilə oyun bizim üçün çox vacibdir" - "Makkabi"nin futbolçusu

"Bu, həm bizim, həm də klub üçün vacib oyundur. Qrup mərhələsinə yüksəlmək üçün yaxşı imkanımız var".

Newsport.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun futbolçusu Boqdan Planiç evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Serbiyalı müdafiəçi Bakıdakı birinci qarşılaşmanın ilk hissəsində yaxşı təsir bağışladıqlarını bildirib: "Ümid edirəm ki, cavab görüşündə də inamlı oynayacağıq və bu, qələbə üçün kifayət edəcək".

Uzun müddətdir avrokuboklarda oynamaqdıqlarını xatırladan 29 yaşlı futbolçu sindromu qırmaq üçün əla fürsət yaxaldıqlarını söyləyib: "Yaxşı kollektivimiz var. Yenidən tarix yaza bilərik. Hələ mövsümün əvvəlində öz aramızda bu barədə danışmışdıq. Beynəlxalq arenaya qayıtmağı çox istəyirik".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3. (Report)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right