UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, Konfrans Liqasının pley-ff mərhələsinin cavab oyununu çərçivəsində keçirəcək "Gent" (Belçika) - "Rakov" (Polşa) matçını idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Gent" (Belçika) - "Rakov" qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right