"Qarabağ"ın oyununa maraq böyükdü: 15 min bilet satılıb

"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab oyununda səfərdə "Aberdin"in qonağı olacaq. 

Newsport.az-ın məlumatına görə, Şotlandiyada bu qarşılaşmaya maraq böyükdü. "Aberdin"in mətbuat xidmətinin yaydığı məlumata görə, matç üçün satışa çıxarılan biletlərin 15 mini artıq satılıb. Görüş başlayana kimi qalan 3 min biletin satılacağı və 18 min tamaşaçı tutumuna malik "Pittodrie Stadium"un tam dolacağı gözlənilir.

Qeyd edək ki, "berdin" - "Qarabağ" oyunu sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right