"Qarabağ"ın müdafiəçisi "Aberdin"ə qarşı oynayacaq?

Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə cavab qarşılaşması öncəsi “Qarabağ”da itkilər var. 

Newsport.az-ın məlumatına görə, Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədəlidilərsə, Patrik Andrade cəzalı durumdadı.

O, vərəqə cəzalısı olduğundan Şotlandiyadakı görüşdə meydana çıxmayacaq.

Dörd futbolçu ilə yanaşı Kevin Medinanın da “Aberdin”ə qarşı cavab oyununda meydana çıxıb-çıxmayacağı sual altıdadı.

Belə ki, Azərbaycan çempionatının 2-ci turunda “Səbail”ə qarşı görüşdə zədələnərək meydanı vaxtından əvvəl tərk edən kolumbiyalının hələ də şotlandlara qarşı oynayacağı dəqiqləşməyib.

“Aberdin” – “Qarabağ” matçı avqustun 26-ı Aberdinin “Pittodri” stadionunda saat 22:45-də start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right