"Qarabağ"ın Şotlandiyaya səfər proqramı müəyyənləşdi

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" bu gün Şotlandiyaya yollanacaq.

Newsport.az-ın məlumatına görə, komandanı Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov avqustun 25-i yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Son məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Pittodri” stadionunda baş tutacaq.

"Aberdin" - "Qarabağ" matçı avqustun 26-da "Pittodri" stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right