"Aberdin" - "Qarabağ" matçına böyük maraq

UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçiriləcək "Aberdin" - "Qarabağ" cavab oyununa böyük maraq var.

Newsport.az-ın məlumatına görə, "Pittodri" stadionunda oynanılacaq matç üçün 10 mindən çox bilet satılıb. Satışa isə ümumilikdə 18 min bilet çıxarılıb.

Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right