"Makkabi"nin baş məşqçisi "17 dəqiqə ərzində meydanda yalnız “Neftçi” var idi"

"Makkabi"nin(Hayfa) baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsinin "Neftçi" ilə Bakıdakı oyunundan sonra mətbuat konfransında çıxış edib.

Newsport.az-ın məlumatına görə, israilli mütəxəssis 3:3 hesabı ilə bitən görüşlə bağlı bunları deyib: 

"Fantastik oyun alındı. Yaxşı başladıq, amma sonradan 3 qol buraxdıq. Çox şadam ki, matç belə bitdi. 1:3-dən geri dönmək çətin idi. Fikrimiz növbəti matçdadı. Doğma azarkeşlərimiz önündə qələbə qazanmağa çalışacağıq.

- Hesabı açdıqdan sonra “Neftçi”dən belə geridönüş gözləyirdiz?
- Oyundan əvvəl də “Neftçi”nin güclü komanda olduğunu demişdim. Bərabərsəviyyəli komandalar oynayırdı. “Neftçi”nin birinci qolu sadəcə fantastik idi. Bundan sonra rəqib futbolçuların özünəinamı artdı və daha yaxşı oynayıb, 2 qol vurdular. Sonradan biz toparlandıq. Bu amilləri nəzərə aldıqda, nəticənin bizi qane etdiyini söyləyə bilərəm.

- “Neftçi”nin ən hərəkətli futbolçularından biri Sabir Buqrin idi. O, Mərakeş millisinə də dəvət alıb. Yəqib ki, barəsində xüsusi qeydləriniz var...
- Mərakeş millisinə çağrılıbsa, deməli, çox güclü futbolçudu. Bu gün də meydanda özünü göstərdi. Mərakeş millisinin həmişə yaxşı futbolçuları olur. Buqrin də istisna deyil. Yusuf Laval fantastik oyun göstərdi. Emin Mahmudov da əla çıxış etdi. Qollarını vurduğu 17 dəqiqə ərzində meydanda yalnız bir komanda – “Neftçi” var idi.

- Cavab matçında “Neftçi” həmin 17 dəqiqədəki kimi oynasa, rəqibin qarşısını necə alacaqsız?
- Əsas məqsədimiz qrup mərhələsinə çıxmaqdı. Biz hər şeyə hazırıq. Nə “Neftçi”, nə “Makkabi” İsraildəki matçda dincələcək. Bütün fikrimizi həmin görüşə yönəltmişik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right