Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, son Azərbaycan çempionu “Neftçi” də turnirdə debüt matçına çıxıb. Samir Abasovun komandası Bakıda Hayfa “Makkabi”si ilə qarşılaşıb. Paytaxt təmsilçisi İsrail klubu ilə 3:3 hesablı heç-heçə edib.
Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq.
Qeyd edək ki, həm "Neftçi", həm də "Makkabi" avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb. Burada mübarizəni dayandıran komandalar Avropa Liqasına, oradan da Konfrans Liqasına yuvarlanıblar.
19 avqust
Konfrans Liqası
Pley-offun ilk oyunu
21:00. “Neftçi” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) - 3:3
Qol: Atzili, 9 (0:1), Laval, 50 (1:1), 66 (2:1), Mahmudov, 72 (3:1), Çeri, 78 (3:2), 90+6 (3:3)
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 77 ("Neftçi")
Baş hakim: Delayod Uilli (Fransa)
Bakı. “Bakcell Arena”