"Aberdin"in futbolçusu: "Qarabağ"ı məğlub etməliyik"

“Aberdin”in futbolçusu Cey Emmanuel-Tomas Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunu barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Britaniya mətbuatına danışan futbolçu “Qarabağ”la oyun barədə bunları deyib:
“Liqa kubokundakı məğlubiyyətdən sonra gedişatı öz xeyrimizə dəyişməliyik. Bunun üçün “Qarabağ”ı məğlub etməliyik. Səfər qolunun önəmin itirməsinə baxmayaraq, ilk oyunu səfərdə keçirmək üstünlükdü. Təbii ki, uğurlu nəticə qazana biləcəyiksə, belə olacaq. Evdə öz doğma azarkeşlərimiz qarşısında daha asan olacaq. Azarkeşlərimiz bizə enerji verir. 

Qrup mərhələsinə düşmək bizim üçün uğurdu. Mövsümün əvvəlində bizim belə məqsədimiz var idi. Qrupa düşmək əla nəticə olacaq. Bunun üçün Azərbaycanda uğurlu nəticə lazımdı. Rəqibin oyununa baxmışıq, yaxşı hazırlıqlı və səliqəli komandadı. Amma biz özümüz haqda düşünüb, oyuna hazırlaşmalıyıq. Bakıda ilk qolu biz vursaq, əla olacaq. Bu cütün taleyinə də təsir edəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right