"Aberdin"də ciddi itki: hücumçu "Qarabağ"a qarşı oynamayacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Şotlandiya “Aberdin”i Bakıya ciddi itki ilə gəlir.

Newsport.az-ın məlumatına görə, uelsli hücumçu Rayan Heces dizindəki zədəyə görə heyətdən çıxarılıb. Heces matç üçün komanda ilə birlikdə Bakıya yollanmayıb.

Avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right