"İndiki "Qarabağ" 6 il əvvəlkindən kəskin fərqlənir" - "Aberdin"in kapitanı

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Aberdin"in kapitanı Skott Braun Ağdam təmsilçisi ilə keçirəcəkləri matçlar barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi Liqa Kubokunda "Reyt Rovers"ə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra "Heraldscotland"a açıqlamasında bunları deyib:

"Bu, bizim üçün çox böyük oyundur. Məğlubiyyəti unutmalı və yalnız "Qarabağ"la matça diqqət yetirməliyik. Beynəlxalq fasiləyə qədər hər oyun bizim üçün vacibdir. Səfərdə yaxşı nəticə əldə etməyə ehtiyacımız var. Sərfəli hesabı qorumalıyıq ki, onlara həm səfərdə, həm də Şotlandiyada necə oynadığımızı göstərək".

6 il əvvəl "Seltik"in heyətində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ı məğlub etməyi bacaran (ilk oyun - 1:0, cavab matçı - 0:0) Braun təmsilçimizin həmin vaxtdakı heyəti ilə hazırkı tərkibi arasında əhəmiyyətli fərq olduğunu bildirib:

"Cümə axşamı qarşılaşacağımız komanda 6 il əvvəlkindən kəskin fərqlənir. Həmin oyunda təxminən 22 min nəfərlik izdiham və yaxşı bir atmosfer var idi. Meydança yumşaq idi. Orada futbol oynamaq istəyən yaxşı komanda var idi. Maraqlı mübarizə keçmişdi. Qrup mərhələsinə düşmək istəyirsinizsə, yaxşı komandalara qarşı oynamalı və onları məğlub etməlisiniz. "Qarabağ" da belə komandadır".

"Qarabağ" - "Aberdin" matçı avqustun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab görüşü 1 həftə sonra Şotlandiyada reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right