“Neftçi”nin rəqibində yeni müqavilə

Konfrans Liqasının pley-off mərhələsində "Neftçi”nin rəqibi olan “Makkabi” (Hayfa, İsrail) futbolçusu Mahmud Caber ilə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Makkabi” “Neftçi” ilə ilk matçını avqustun 19-da, Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu isə avqustun 26-da, İsraildə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right