"Makkabi"nin baş məşqçisi: "Hazırda "Neftçi" ilə oyun daha vacibdir"

"Nəticəni məni elə də narahat etmir. Məni ən çox düşündürən, oyunçuların əksəriyyətinin istəksiz oynamasıdır".

Newsport.az-ın məlumatına görə, bunu "Makkabi"nin (Hayfa) baş məşqçisi Barak Baxar deyib.

İsrail təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Torshavn"a Farer adalarında 0:1 hesabı ilə uduzsa da, pley-offa yüksəlib. Çünki ilk qarşılaşmada 7:2 hesabıyla qalib gəliblər.

Komandası bu mərhələdə "Neftçi"yə rəqib olan 42 yaşlı mütəxəssis artıq Aqarşıdakı matçlara kökləndiklərini bildirib:

"Bu nəticəni unudub, məğlubiyyətdən dərs almalıyıq. Hazırda "Neftçi" ilə oyun bizim üçün daha vacibdir. Bu görüşə ciddi hazırlaşacağıq".

"Neftçi" və "Makkabi" arasında ilk oyun avqustun 19-da Bakıda, cavab matçı isə 1 həftə sonra Hayfada olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right