Konfrans Liqası: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri açıqlandı

Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Aberdin" (Şotlandiya) oyununun hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görəAvqustun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilcək qarşılaşmada Sloveniyadan olan ədalət təmsilçiləri iş başında olacaq. Matçın baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətlərdə Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcək. Dördüncü hakim Asmir Saqrkoviç olacaq.

"Qarabağ" - "Aberdin" matçı saat 20:00-da start götürəcək.

Eyni gündə "Bakcell Arena”da keçiriləcək “Neftçi” "Makkabi" (Hayfa, İsrail) oyununu isə fransalı Delayod Uilli idarə edəcək. Onun köməkçiləri Mehdi Rahmouni və Edvin Kristof Finyean olacaq. Tomas Leonard isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ"ın oyunu saat 20:00, "Neftçi"nin matçı isə saat 21:00-da başlayacaq. Cavab oyunları avqustun 26-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right