Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Anatoli Nuriyevin də çıxış etdiyi "Kolos" evdə 0:0 hesablı heç-heçə etdiyi Karaqanda "Şaxtyor"u ilə Qazaxıstanda qarşılaşıb. Tərəflər bu dəfədə qolsuz bərabərliyə razılaşıblar. Qalibin adına penalitlər seriyasında aydınlıq gəlib. Meydana 88-ci dəqiqədə daxil olan Nuriyev penaltini dəqiq yerinə yetirə bilməyib. Rəqib isə şanslarından istifadə edərək 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə adlayıb.
Digər matçda "Domzale" (Sloveniya) "Rosenborq"a (Norveç) evdə 1:2 hesabı ilə uduzub. Komandalar arasında ilk oyun Norveç təmsilçisinin darmadağınla qələbəsi ilə başa çatıb (8:2).
Konfrans Liqası
"Şaxtyor" - "Kolos" - 0:0, penaltilər seriyası - 3:1
"Domzale" - "Rosenborq" 1:2
Qolar: Podloqar, 34 - Holm, 48, Veççia. 86