AEL-də Bakı səfəri öncəsi koronavirus şoku

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq Kiprin AEL klubu Bakı səfəri öncəsi koronavirus testindən keçib.

Newsport.az-ın məlumatına görə, futbolçulardan birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Koronavirus aşkarlanan oyunçunun adı açıqlanmayıb.

Limassol təmsilçisi sabah Azərbaycana gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right