UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) oyunun biletləri sabahdan satışa çıxarılacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir.
COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (5-3 azn);
İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
"FAW Azərbaycan"da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışda olacaq;
"Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).
Bir şəxs cəmi üç bilet ala bilər.