Bu gün Konfrans Liqasının 3-cü mərhələsinin ilk oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçına bu gün çıxıb. Ağdam təmsilçisi Kiprdə AEL-lə qarşılaşıb. Larnakada keçirilən görüşdə heç-heçə qeydə alınıb.
Komandalar arasındakı cavab matçı avqustun 12-də, Bakıda olacaq.
5 avqust
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:1
Qol: Şepoviç, 69-pen. (1:0), Zubir, 90+3 (1:1)
Baş hakim: Qlenn Niberq (İsveç)
Limassol. “AEK Arena”