Azərbaycan çempionu “Neftçi” bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) növbəti matçına çıxacaq. Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasını qəbul edəcək.
Bu komandalar arasında səfərdə baş tutan ilk oyun “ağ-qaralar”ın qələbəsiylə yekunlaşıb – 2:1. Bu üzdən Bakı klubuna mərhələ adlamaq üçün heç-heçə də sərf edir. “Bakcell Arena”da baş tutacaq oyunu azarkeşlər də tribunadan izləyə biləcək. Son 9 avrokubok görüşünü qolsuz tərk etməyən “ağ-qaralar”ın bu dəfə də rəqib qapısına yol tapacağı istisna olunmur.
Qeyd edək ki, bu cütün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam etdirəcək. Həmin komandanı “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütünün uğursuzu ilə duellər gözləyəcək.
UEFA Çempionlar Liqası 1-ci təsnifat mərhələsinin cavab oyunu
14 iyul
Neftçi – Dinamo (Tiflis) 2:1
Qol: E.Mahmudov, 58-pen. N.Ələsgərov, 68 – M.Radin, 51.
Baş hakim: Dumitru Muntean (Moldova).
Bakı. “Bakcell Arena”.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 20. Mert Çelik, 24. Yusuf Laval, 26. Ömər Buludov, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 11. Harramiz Suares, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Dinamo: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Georgi Qabedava, 12. Levan Xarabadze, 15. Georgi Papava (k), 19. Simon Qbeqnon, 21. Georgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani.
Ehtiyat oyunçular: 1. Luka Kurtaladze, 13. Omar Migineişvili, 3. Aleksandr Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodar İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 31. Georgi Çxetiani, 38. Nodari Kavtaradze.
Baş məşqçi: Kaxaber Sxadadze.