UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Çukariçki" (Serbiya) - "Sumqayıt" və "Soçi" - "Keşlə" oyunlarının hakimləri müəyyənləşib.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək "Sumqayıt"ın matçının baş hakimi İsveçrə Futbol Federasiyasından Fedayi San olacaq. Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ştefan Horisberger yerinə yetirəcək.
İyulun 22-i Rusiyada "Soçi" ilə qarşılaşacaq "Keşlə"nin görüşünü isə Albaniya Futbol Federasiyasından Enea Yorci idarə edəcək. Ridiger Çokay və Reydi Avdo yan xətt hakimləri, Kridens Meta dördüncü hakim olacaq.