"Qarabağ" - "Aşdod" matçının hakimləri açıqlandı

"Qarabağ" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin "Aşdos" klubu ilə qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, bu oyunun hakim təyinatları açıqlanıb. Qarılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Kşiştof Yakubik olacaq. Ona yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski kömək edəcək. Dördüncü hakim isə Pyotr Lasikdir.

 

Qeyd edək ki, "Qarabağ" - "Aşdod" görüşü 22 iyul tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right