"Qarabağ"ın rəqibində yeni qapıçı

“Qarabağ”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aşdod” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Newsport.az xəbər verir ki, İsrail təmsilçisi qapıçı Sahar Hassonu transfer edib. 24 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Hassonun son klubu İsrail “Ramat-ha-Şaron”u olub.

 

“Qarabağ” “Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right