Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan “Aşdod” bir futbolçusu ilə yollarını ayırıb.
Newsport.az İsrail klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Şlomi Azulayın müddəti bitən müqaviləsini yeniləməyib.
Azulay 2019-cu ilin yayından “Aşdod”da çıxış edirdi. 31 yaşlı yarımmüdafiəçi “Aşdod”la ötən mövsüm 29 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.