Ölkəmizi avrokuboklarda bu klublar təmsil edəcək

Ölkəmizi avrokuboklarda təmsil edəcək 3 klub bəlli olub.

Newsport.az-ın məlumatına görə"Neftçi" ölkə çempionu kimi Çempionlar Liqasına vəsiqəni təmin edib. Bakı təmsilçisi ÇL-in  birinci mərhələsində  “səpələnməmişlər” səpətində yer almaqla daha güclü rəqiblə qarşılaşacaq. "Qarabağ" 2-ci, "Sumqayıt" 3-cü pillənin sahibi olaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. Sözügedən komandalar 2-ci mərhələdən mübarizə aparacaqlar.

Konfrans Liqasına son vəsiqənin sahibi mayın 24-ü keçiriləcək Azərbaycan kubokunun "Keşlə" - "Sumqayıt" final matçından sonra müəyyənləşəcək. "Keşlə" qalib gəlsə, Konfrans Liqasına vəsiqəni təmin edəcək. "Sumqayıt"ın qalibiyyəti təqdirdə, ölkə çempionatında 4-cü yerin sahibi "Zirə" avrokuboklarda oynamaq hüququ qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right