Türkiyə UEFA-nın klub reytinqində geriləyib.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 finalında “Slaviya”nın (Çexiya) “Reyncers”i (Şotlandiya) mübarizədən kənarlaşdırmasından sonra qardaş ölkə 18-ci pilləyə düşüb.
Klublarının avrokubokdakı uğursuzluğu səbəbindən Türkiyə bundan əvvəlki illərdə də mövqeyini itirib. Əgər 2019-cu ildə onlar UEFA reytinqində 10-cu yerdə idisə 2020-ci ildə 11-ci, 2021-ci ilin əvvəlində isə 13-cü pilləyə enib. 2021/22 mövsümünə isə Türkiyə 18-ci yerdən başlayacaq. Əvvəlki mövqeyini itirməsi səbəbindən qardaş ölkənin çempionu Çempionlar Liqasının qrupuna birbaşa vəsiqə qazana bilməyəcək və yarışı təsnifat mərhələsindən başlayacaq.
Bundan başqa, TOP-15-də yerini itirdiyindən Türkiyə yeni mövsümdən Avropa Liqasına komanda göndərə bilməyəcək, Superliqanın 3 təmsilçisi yeni yaranan Konfrans Liqasında mübarizə aparmalı olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan UEFA reytinqində 26-cı yeri tutur .