"Zirə" - "Hayduk" matçının hakimləri açıqlandı

"Zirə"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində evdə “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb. 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 23-də Bakıda baş tutacaq “Zirə” - “Hayduk”oyununu yunanıstanlı hakimlər briqadası idarə edəcək. 

Baş hakim Xristos Vergetisə yan xətt hakimləri Andreas Fotopoulos və Konstantinos Staikos köməklik edəcək.

Dördüncü hakim isə Anastasios Papapetrou olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right