“Sabah” mövsümə qələbə ilə başladı

Azərbaycan Basketbol Liqasında son çempion “Sabah” “Sərhədçi”yə qalib gəlib.

Newsport.az xəbər verir ki, 1-ci turun qarşılaşması Bakı İdman Sarayında keçirilib.

Görüş “bayquşlar”ın 80:53 hesablı qələbəsi ilə başa çatıb.

Tura bu gün keçiriləcək “Şəki” – “Quba” və “Sumqayıt” – “Ordu” görüşləri ilə yekun vurulacaq.

Turun əvvəlki oyunlarında “Naxçıvan” “Neftçi”ni 84:79, “Abşeron” NTD-ni 75:69, “Gəncə” isə “Lənkəran”ı 90:75 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right