"Sumqayıt" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Newsport.az xəbər verir ki, Samir Abasovun komandası evdə Macarıstan "Fehervar"ını qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.
"Sumqayıt" "Fehervar"ı mübarizədən kənarlaşdırsa, 3-cü raundda "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. "Gənclik şəhəri" təmsilçisi mərhələ adlayacağı təqdirdə ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
20:00. "Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) 1:2
Qollar: Səbuhi Abdullazadə, 18 - Tobias Kristensen, 39, Spandler, 52
Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu