"Rakuv"un futbolçusu: "Qarabağ"la cavab oyunu asan olmayacaq"

"Rakuv"un futbolçusu Sonni Kittel Çempionlar Liqası II təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan (3:2) sonra açıqlama verib.

Newsport.az xəbər verir ki, Çestoxova təmsilçisinin qələbə qolunun müəllifi olan 30 yaşlı vinger Bakıdakı cavab matçının çətin keçəcəyini bildirib:

"Komandamın qələbəsinə kömək etdiyim üçün çox şadam. Ancaq bu, hələ ilk oyundur. Qarşıda bizi cavab matçı gözləyir. Növbət mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik. Məncə, cavab ounu Çestoxovadakı görüşə bənzəyəcək. Nəticəni həll edən kiçik məqamlardı. Yüz faiz diqqətli oynamalıyıq. Bakıdakı cavab oyunu heç də asan olmayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right