Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
Newsport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu mərhələdə Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.