"Qarabağ"a qarşı müdafiə futbolu oynayacağıq" - Yan Kopits

"Viktoriya"nın (Plzen) futbolçusu Yan Kopits Çempionlar Liqasının pley-off mərhələsinin sabah "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyunundan öncə görüş haqda fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə  6 il əvvəl "Qarabağ"la keçirilən görüşü xatırladıb: "Burada keçirdiyimiz oyun çox yaxşı yadımdadır. Stadion əla vəziyyətə idi. Biz həmin vaxt qələbə qazanmışdıq. Bəli, şans nəticəsində qalib gəlmişdik. Amma sabahkı oyunda şansa o qədər ümid bəsləmək istəmirik. Öz oyunumuz və texnikamızla qalib gəlmək istəyirik".

Kopits sabah müdafiədən oynayacaqlarını qeyd edib: "Qarabağ"ın oyun üslubu eynidir. Hücumameyilli oyunçulardan daha çox istifadə edirlər. Çalışacağıq ki, yaxşı müdafiə olunaq və müəyyən şanslar olanda bundan istifadə edək".

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right