"Həm Bakıda, həm səfərdə çox dözümlü olmalıyıq" - Qurban Qurbanov

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Viktoriya” (Plzen, Çexiya) ilk oyunundan öncə təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, o, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi...

- Qrup yolunda son rəqibimizdir. Fərqli komandalara qarşı oynadıq. “Viktoriya” digərlərindən tam fərqlənir. Çexiya futbolunu oyun intizamına görə həmişə digərlərindən fərqləndirmişəm. Meydanda tapşırıqları sevə-sevə yerinə yetirirlər. Atletik futbol oynayırlar. Hər bir halda belə komandalara qarşı oynamışıq. Böyük ehtimalla daha çox güc sərf etməli olacağıq. Həm Bakıda, həm səfərdə çox dözümlü olmalıyıq. İnanaıram ki, futbolçular bunu bacaracaq. Son sınaqdan faydalı istifadə etməyə və ən azı azarkeşləri yaxşı mübarizə ilə sevindirməyə çalışacağıq. Bu oyuna maraq həddən artıq çoxdur. Vəzifəmiz inamı qoruyub saxlamaq və daha möhkəm kollektiv olmaqdır. İnanıram ki, azarkeşlərimizi razı sala biləcəyik.

- 6 il əvvəl də “Viktoriya” ilə qarşılaşmışdız. Həmin “Qarabağ”la müqayisədə indi hansı üstünlüklərimiz var?
- İki oyunun nəticəsinə görə məğlub olmuşduq. Çox geri qayıtmaq istəmirəm. Çoxlu qol epizodlarımız olmuşdu. Sonra qapıya bir zərbə ilə mübarizəni dayandırmışdıq. Hər Avropa oyunu bizim üçün böyük təcrübədir. Belə hallar futbolçular motivasiya verir. Hamımızın təcrübəsi çoxalır. Amma hamımız üçün bu, azdır. Daha çox öyrənməliyik. Böyük təcrübə belə oyunlarla gəlir. Çempionlar Liqası digər turnirlərdən fərqlənir, gərginlik, həyəcan daha çox olur. Hamı burada uğur istəyir. Biz də bunu dərk edirik və məsuliyyətimiz artır. əvvəlki oyunlar da göstərdi ki, öncəki illərə nisbətən daha soyuqqanlı davranırıq.

- Çexiya futboluna qarşı sindromumuz var. Bunu sındırmağa özünüzü hazır sayırsız?
- Bu il gərgin oyunlarımız çox oldu. Bizə həmişə yuxarıdan aşağı baxıblar düşüncəsində olmaq istəmirəm. ELə ölkələrdə futbol inkişaf edir ki, onlarla düşəndə çətinliklə üzləşə bilərik. Elə Macarıstan bu ölkələrdən idi. Son illər çox inkişaf etdilər. Xüsusi hazırlaşdığımızı desəm, doğru olmaz. Həmişə futbolçularıma arxayın olmuşam. Rəqib barədə tanışlıq verəndə böyük diqqət və istəklə qarşılayırlar. Komand ailə birgə daha möhkəm olub xarakter göstərərək bu komandaya qarşı yaxşı çıxış edəcəyik. Rəqib də belə düşünür. Onların da açıqlamalarından görünür. Fərqli sistemdə çıxış edə bilərlər. Futbolçuların düzgün düşünməsi, oyunu hiss etməsi bizim üçün üstünlük olacaq. Bunu etsələr, yaxşı nəticə olar. Bu rəqibdənistənilən an təhlükə gözləmək olar. Sürətli oyunçuları var. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Son 6 oyunda 1q5 qol vurublar, bunun da 7-si standart vəziyyətdən olub. Bacardığımız qədər bizim zonamızda az olmalarına çalışacağıq. Detallar çoxdur. Hamısını açıqlamaq düz olmaz. Hər şeyi doğru etməyə çalışacağıq.

- Əvvəllər avrokuboklarda üstünlüyümüz havanın istiliyi idi. İndi isə öz oyunçularımızın da çətinlik çəkdiyini görürük. Bu barədə nə deyə bilərsiz?
- Təbiətdə pis hava olmur. Bununla razılaşmalıyıq. Bakının istisi mənim üçün həmişə xoş olub. İdman tərəfinə keçsək, təkcə oyun vaxtı yox, ilboyu məşq keçmək əlavə enerji tələb edir. Sərin havada keçirdiyimiz məşq digərindən çox faydalı olur. Belədə futbolçu daha yaxşı inkişaf edir. Avropa futbolunun üstünlüyünün bir tərəfi də oranın iqlimidir. İsti hava hər bir idmançı üçün geri addım deməkdir. Digər komandalar daha hazırklıqlı gəlir, nəinki biz. Çünki onlar istədikləri yükləməni futbolçulara verirlər. Rəqiblər istiyə bizdən daha dözümlü olurlar. Məşqlərimizi gec saatlara salmağa çalışırıq. Ümumən, Bakının istisindən xoşum gəlir. Bizə güc verən azarkeşlərimiz də var.

- İlk oyunun Bakıda olmasının hansı üstünlükləri ola bilər?
- Hazırda futbolda ev-səfər anlayışı o qədər də yoxdur. Sadəcə, öz stadionunda azarkeşlərinin qaşrısınd aoynayırsan. İlk oyunda rəqibi daha yaxından tanıyırsan. Əvvəllər ilk oyunun səfərdə olmasının daha yaxşı olduğunu düşünürdük. İndi buna elə də əhəmiyyət vermirik. Hər iki görüşə maksimum hazırlaşmalıyıq. Əvvəlki mərhələlərdə ev oyunlarımızın ilkini evdə keçirməyimiz, görünür, bizim üçün faydalı olub. Mən öz tərəfimdən o qədər də əhəmiyyət vermirəm. Xırda detallarda fərq ola bilər.

- Bilet satışında problemlər yarandı. Bəzi azarkeşlər klubdan incik düşüb...
- Belə işlərə görə sevinirəm. Azərbaycanda futbola maraq bu dərəcədə artıb. Bizdə futbolu sevirlər, azarkeşlərimiz var. Sadəcə, onları küsdürmək olmaz. Futbolumuzu inkişaf etdirmək üçün bir şansımız varsa, bundan maksimum istifadə etməliyik. İşimizi elə qurmalıyıq ki, futbola olan sevgi davam etsin və insanlar arasında stadiona gəlmək üçün belə hallar yaşansın. Azarkeşləri bu epizodlara görə alıqşlayıram. Hər birinə təşəkkür edirəm. Bizə olan inamlarını göstərirlər. Narazılıq deməzdim, ürəkdən gələn şeylərdir. Çox istərdim ki, hamısı stadionda olsun. 30 min canlı baxırsa, digərlərdi də küçələrdə, restoranlarda monitorlarda, evlərində izləyirlər. İnanıram ki, gələcəkdə çempionatımız da yaxçşı səviyyəyə çıxacaq. Çox istərdim, daxili oyunlarımızda çoxlu azarkeşlərimiz olsun. Klub tərəfindən hər hansı çatışmazlıq olubsa, üzrlü saysınlar. Amma klub hər şeyi edir ki, azarkeşlər narazı qalmasınlar. Təəssüf ki, 30 min azarkeş gələ bilər. Buna görə üzülürəm. Hər birinə təşəkkür edirəm. Belə halların futbolumuzun inkişafı üçün təkan olacağını düşnürəm.

- Komanda hücumda çox yaxşıdır, amma müdafiə xətti ilə bağlı narahatlıq var. Qarşıda qrup mərhələsi gəlir. Müdafiəyə transfer ola bilərmi?
- Təki daha çox qol vuraq, qalib gələk. Çox hücum edirsənsə, müdafiədə boşşuqlar görünür. Futbolun qaydası belədir. Bu gün Avropada çox nadir hallarda qolsuz oyunlar olur. İstənilən rəqib cüzi boşluqdan istifadə edə bilir. Top-komandalar da boşluq verir. Son vaxtlar göstərdiyimiz oyun bunların daha çox nəzərə çarpmasına səbəb olur. Oyunu rəqib meydanında qurmağa çalışırıq. Çox vacib olan stabil nəticədir. Texniki səhvi hər bir futbolçu edə bilər. Medafiə xəttinin çıxışından razıyam. Onlardan nə tələb olunduğunu deyə bilmərəm. Texniki səhvlər də məni narahat edir. Bu, bütün xətlərdə olur. Amma rəqibdən çəkinməmə, mübarizə aparma məni sevindirir. Müdafiəçilərimiz  daha çox təkə-tək mübarizələrdə olurlar. Onlardan razıyam. Müdafiəçi götürmək fikrim yoxdur. Yaxın vaxtlarda zədəlilərimiz də sıraya dönəcək. Çempionlar Liqasının qruplarına düşsək, orada oynamaq da bu futbolçuların haqqıdır.  Belə titullu komandalara qarşı çıxış etmələri futbolumuza fayda verəcək. Bütün mövqeləri digər futbolçularla tamamlayaq və öz oyunçularımız qalsın kənarda, bu, düzgün deyil. İndi onlar inkişaf etməlidir, oynamalıdır. Nəyisə qurban verməliyik ki, öz oyunçularımızı əldə edək. Qarşıda daha məsuliyyətli, yaxşı oynayacaqlarına şübhə etmirəm.

- Hamı komandadan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə gözləyir. Bu, futbolçular üzərində psixoloji təzyiq yarada iblər?
- Mən hiss edirəm ki, hamı bunu arzu edir. Bu, bizə böyük məsuliyyət verir. Hamımız gözləyirik, amma daha çox arzu edirik. Yaxşı mənada həyəcanlanırıq. Bu varsa, deməli, məsuliyyətdir. İnanıram ki, hamımız birlikdə sevinmək üçün hər şeyi edəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right