Ermənistanın "Pünik" klubu Çempionlar Liqası III təsnifat mərhələsinin cavab oyununda Serbiya "Srvena Zvezda"sını qəbul edib.
Newsport.az-ın məlumatına görə, matç zamanı ermənilər təxribata əl atıb. Yerli fanatlar stadionda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılmış pankart açıblar.
Qeyd edək ki, qarşılaşma "Pünik"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. İki oyunun nəticəsinə görə 7:0 hesablı üstünlük əldə edən "Srvena Zvezda" pley-offa yüksəlib.
