"Viktoriya"nın baş məşqçisi: "Qarabağ" haqda o qədər də məlumatım yoxdu"

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçisi Mixal Bilek III təsnifat mərhələsinin "Şerif"i məğlub etdikləri cavab görüşündən sonra mətbuat konfransında açıqlama verib. O, "Qarabağ" haqda məlumatının olmadığını deyib:

 

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim. "Qarabağ" haqda o qədər də məlumatım yoxdur. Macarıstanda əla nəticə qazandılar. Bu, "Qarabağ"ın yüksək keyfiyyətindən xəbər verir. Bizin asan heç nə gözləmir. Yəqin ki, Bakıda hava çox isti olacaq. Böyük bir uğur əldə etmək üçün iki oyunumuz qalıb. Bunun üçün mübarizə apracağıq. Məqsədimiz qrup mərhələsinə düşməkdir".

 

"Qarabağ" "Viktoriya" ilə ilk oyunu avqustun 17-si Bakıda keçirəcək. Komandalar arasında cavab matçı isə 23 avqust tarixində Çexiyada baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right