Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" "Ferentsvaroş"la qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, Macarıstan çempionu ikinci mərhələdə "Slovan" səddini keçib.
Evdə Bratislava klubuna 1:2 uduzan Stanislav Çerçesovun rəhbərlik etdiyi kollektiv səfərdə 4:1 qalib gələrək üçüncü mərhələdə "Qarabağ"ın rəqibi olub.