"Sürix"in baş məşqçisi Franko Foda İsveçrə çempionatının ikinci turunun "Lütsern"lə oyunundan sonra danışıb.
Newsort.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan görüşdən sonra gələn həftə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ"a qarşı cavab oyunu barədə bunları deyib:
"Bu mövsüm ilk dəfə qapımızı toxunulmaz saxlamağı bacardıq. "Lütsern"i məğlub etmək üçün enerjimiz və aktivliyimiz çatmadı. Bu görüş geridə qaldı. Artıq toparlanıb "Qarabağ"la cavab oyununa hazırlaşmaq lazımdı". (NAU)