Çempionlar Liqasında kuryoz qol

Qadınlar arasında Çempionlar Liqasının yarımfinal mərhələsində “Lion”la PSJ arasındakı cavab matçında (3:2) kuryoz qol qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, "Lion"un hücumu zamanı PSJ futbolçuları topu öz qapıçılarına tərəf ötürüblər. Bu zaman top qolkiperin ayaqlarının arasından keçərək qapı xəttinə qədər gedib. Lakin qapıçı topa çata bilib. Amma son anda “Lion” hücumçusu topu qapıya göndərib. 

Qed edək ki, iki oyunun cəmində PSJ-yə qalib gələn “Lion” (3:2, 2:1) finalda "Barselona" ilə qarşılaşacaq. Turnirin finalı mayın 21-də Turində (İtaliya) baş tutacaq.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah