Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" doğma meydanda "Liverpul"u qəbul edib. Komandalar arasındakı ilk matçda Mersisayd klubu 2:0 qələbə qazanmışdı. Cavab oyununun ilk hissəsində ev sahibi 2:0 hesablı üstünlük əldə etsə də, ikinci yarıda qonaqlar 3 qol vuraraq geridönüşlə finala yüksəlib.
Yarımfinalın digər görüşü bu gün baş tutacaq. "Real" "Santyaqo Bernabeu"da "Mançester Siti"ni qəbul edəcək. Bu komandaların ilk görüşündə ingilislər əzmkar qələbəyə sevinib - 4:3.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
3 may
"Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3
Qollar: Dia, 3, Kokelin, 41 - Fabinyo, 62, L.Diaz, 67, Mane, 74
Baş hakim: Danni Makkeli (Niderland)
İlk oyun - 0:2