UEFA-dan “Sabah”ın futbolçusuna 2 oyunluq cəza

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”lə (Norveç) matçda qırmızı vərəqə alan “Sabah”ın müdafiəçisi Eyden Makkarti 2 oyunluq cəzalandırılıb.

Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Norveç təmsilçisi ilə səfər matçında rəqibinə zərbə endirən oyunçu Avropa futbol qurumu tərəfindən 2 oyunluq diskvalifikasiya edilib.

Cənubi afrikalı mərkəz müdafiəçisi qarşıdan gələn “Barselona” və “Vilyareal”la görüşləri buraxmaq məcburiyyətində qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right