“Çelsi” bosniyalı futbolçu üçün 40 milyon avro təklif edə bilər

“Yuventus”un vingeri Kerim Alaybeqoviç “Çelsi”nin hədəfindədir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu bosniyalı futbolçunu heyətinə qatmaq istəyir. Komandanın baş məşqçisi Xabi Alonsonun da onun transferində şəxsən maraqlı olduğu bildirilir.

“Çelsi” qış transfer pəncərəsində Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər. Lakin Turin klubu bu məbləğ qarşılığında futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.  

Alaybeqoviç bu yay 35 milyon avroya “Bayer”dən “Yuventus”a transfer olunub. O, İtaliya klubuna qoşulduqdan sonra bütün turnirlərdə 15 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right