UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” və “Hapoel” (Beer-Şeva) komandaları arasında Bakıda keçiriləcək cavab oyununa bilet satışı davam edir.
Newsport.az xəbər verir ki, 31 mindən çox tamaşaçı tutumu olan Tofiq Bəhramov adına stadionda keçiriləcək oyun üçün artıq 20 min bilet satılıb.
“Sabah” – “Hapoel” (Beer-Şeva) görüşü avqustun 25-də Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna saat 20:45-də start veriləcək.